AZ

Zəlzələ ilə bağlı ŞOK PROQNOZ: HAZIR OLUN!

Azərbaycanda son 24 saatda bir neçə rayonda zəlzələ qeydə alınıb. Saat 04:01-də İsmayıllı rayonunda 3,7 maqnitudalı zəlzələ olub, ancaq yeraltı təkanlar hiss edilməyib.


Sonuncu təkan isə Yardımlı stansiyasından 11 km cənub-şərqdə, Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, seysmoloq Qulam Babayev “Referans”-a açıqlamasında hazırda ölkə ərazisində olan aktivliklə bağlı danışıb.




“Aktivləşmənin səbəbi ümumi seysmik və tektonik aktivliyin davam etməsidir. Hər zaman qeyd edirəm. Ola bilməz ki, qonşu ərazilərdə seysmik aktivlik olsun lakin Azərbaycanda tam sabitlik hökm sürsün. Təbii ki, ocaqlar oyanır, aktivləşir, bəzi hallarda intensivləşir. Məsələn, Xəzər dənizinin ərazisi mürəkkəb tektonik əraziyə malikdir. Geoloji olaraq mürəkkəb regiondur. Burada bir neçə qırılmalar, tektonik pozuntular, onların qovşaqları mövcuddur. Beləliklə, burada seysmik ocaqlar zəngindir və təbii ki, oradakı proseslər aktivləşə bilər. 2025-ci ilin ilk 6 ayı biz bunu müşahidə edəcəyik. Hazırda baş verən hadisələr bunu göstərir”.


Seysmoloq bildirib ki, Azərbaycanın hüdudlarında yerləşən digər ərazilərində də yaxın müddətdə aktivləşmənin olması gözlənilir.


“İsmayıllı, Şəki, Zaqatala zonası, Quba, Şabran ərazisi, həmçinin Qarabağ ərazisi də aktiv ərazilərimizdəndir, burada Şuşa ocağı mövcuddur. Bu ərazilər hər seysmik aktivdir və bir-biri ilə həm fiziki, həm geodinamik baxımdan sərhəddə yerləşirlər. Şamaxı ərazisi də həmçinin tarixən qədim aktiv zonalarımızdandır”.


Qulam Babayev qeyd edib ki, yaxın müddətdə Azəbaycanda dağıdıcı, katostrafik zəlzələlər gözlənilmir. Amma hiss olunan zəlzələlər qaçılmazdır.


“Mütəmadi olaraq, 4 - 4.5 maqnitudalı zəlzələlər baş verə bilər. Əsas amillərdən biri dərinlik məsələsidir. Səthə yaxın olan yüksək maqnitudalı seysmik hadisələr, təbii ki, hiss olunacaq”.

 

Fidan Vəlisoy

Seçilən
37
referans.az

1Mənbələr