Kanada hökuməti yerli gəmi istehsalçısı “Irving Shipbuilding Inc” ilə milli donanma üçün “River” sinifli esmineslərin tikintisi üçün müqavilə bağladığını elan edib.
İlkin dəyəri 8 milyard ABŞ dolları olan müqavilə tikintinin ilk altı ilini maliyyələşdirmək üçün nəzərdə tutulub və ilk üç esminesin çatdırılmasını nəzərdə tutur. Gələcəkdə bu cür esmineslərin donanması 15 ədədə çata bilər.
Yeni nəsil esmineslərin tikintisi İkinci Dünya Müharibəsindən sonra Kanadada həyata keçirilən ən böyük və ən mürəkkəb gəmiqayırma layihəsidir. Bu proqram Kanada iqtisadiyyatına əhəmiyyətli və uzunmüddətli sərmayə qoymaq üçün nəzərdə tutulub. Onun həyata keçirilməsi 2025-ci ildən 2039-cu ilə qədər tələb olunan 5250 iş yerinin saxlanmasına kömək edəcək.
Bu esmineslər Kanada Hərbi Dəniz Qüvvələrinin istismardan çıxarılan dörd “Iroquois” sinifli esminesi və 12 “Halifax” sinif freqatı əvəz edəcək.
Bəxtiyar CƏFƏRLİ