AZ

Marjona Savriyeva dünya çempionatına qələbə ilə başladı

Boks üzrə Azərbaycan millisinin üzvü Marjona Savriyeva Serbiyanın Niş şəhərində keçirilən dünya çempionatına uğurlu start verib.

Arena.az xəbər verir ki, Serbiyanın Niş şəhərində qadın boksçular arasında təşkil olunmuş dünya çempionatına start verilib.

Mundailın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.

50 kq-da mübarizə aparan Marjona Savriyeva debütdə Mihaela Badesku (Rumıniya) ilə döyüşüb. Rəqib ikinci raundda zədələndiyindən həkimlər görüşün davamına icazə verməyiblər. İlk raundu xeyrinə bitirən Savriyeva mərhələ adlayıb. O, 1/8 finalda ilk mərhələdən azad olan bolqarıstanlı Zlatislava Çukanova ilə üz-üzə gələcək. Döyüş martın 11-də baş tutacaq.

Qeyd edək ki, mundialın ikinci günündə millimizin 2 boksçusu gücünü yoxlayacaq.

Seçilən
1
arena.az

1Mənbələr