AZ

"Tramp görsə ki, Ukrayna qalib gəlir..." - Qüdrət Həsənquliyev

ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsi
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, dünən ABŞ prezidenti ilə Zelenski arasında yaşanan gərginlik barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Bunun Putini yola gətirmək üçün razılaşdırılmış tamaşa olması ehtimalı 0.1 faizdir. Trampın Zelenskiyə nifrət etdiyi açıq-aydın görsənir və onu hakimiyyətdən uzaqlaşdırmaq üçün mümkün olan hər şeyi edəcək. Amma yalnız buna görə yox. Televiziyalar qarşısında Zelenskinin, rəsmi qonağın alçaldılması da onu nüfuzdan salmağa “Putinin könlünü oxşamağa hesablanmışdı. Yəqin ki, sonra bir “əhsən” alması üçün Putinə zəng edib deyib ki, gördün onu nə günə qoydum. Müsahibələrimin birində demişdim ki, Tramp Rusiyanın müharibədə tam və qəti qələbə çalmasının çətinliyini görür və buna görə sülhə çalışır. Tramp ABŞ-nin müttəfiqləri və qonşuları ilə münasibətlərinin korlanması üçün də mümkün olan hər şeyi edir. Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər.

- Avropa ölkələrinin Ukraynaya köməyi artırması vəziyyəti dəyişə bilərmi?

- Birmənalı şəkildə yox. Avropa Rusiya qədər silah istehsal etmir və heç kim Ukrayna tərəfdən müharibəyə qatılmaycaq. Avropalılar heç bu gün əllərində olan silahın cüzi bir hissəsini belə Ukraynaya vermirlər. Rusiyadan qorunmaq üçün saxlayırlarsa, elə Ukrayna vuruşur da. Bundan başqa Tramp görsə ki, Ukrayna qalib gəlir, bütün vasitələrlə, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək. Onun başqa seçimi yoxdur.

- Bu halda Rusiya ABŞ-ni Çin ilə üz-üzə qoya , ABŞ vasitəsilə böyük qonşularını, məsələn, elə Çini, o cümlədən Türkiyəni, İranı qorxudub özünə tabe elətdirə bilərmi?

- Mümkün ssenaridir. Amma Türkiyəyə münasibətdə bu tam mənada alınacaqmı? 2016-cı ildəki Tramp prezidentliyi dövründə, Türkiyə rəsmilərinin verdiyi açıqlamalara görə ABŞ-nin də içərisində olduğu iddia edilən dövlət çevrilişi cəhdindən sonra, Rusiya-Türkiyə münsibətləri xeyli yaxşılaşdı və inkişaf etdi.

- Tramp Rusiyanı yenidən dünyanın əsas aparıcı dövlətinə çevirə bilərmi?

Seçilən
0
2
aznews.az

3Mənbələr