AZ

“USAID proqramlarının 83 faizini rəsmi olaraq ləğv edirik” –ABŞ dövlət katibi

6 həftəlik araşdırmadan sonra biz USAID proqramlarının 83 faizini rəsmi olaraq ləğv edirik”.

AzPost bildirir ki, bu barədə ABŞ Dövlət Katibi Marko Rubio bəyan edib.

“Ləğv edilən 5200 müqavilə üzrə on milyardlarla dollar ABŞ-ın əsas milli maraqlarına xidmət etməyən (və bəzi hallarda hətta zərər vuran) yollara xərclənib”-deyə o vurğulayıb.

Rubio deyib ki, təqribən 1000 layihə saxlanılıb: “Konqreslə razılaşaraq, biz saxladığımız proqramların qalan 18%-nin (təxminən 1000) indi Dövlət Departamenti tərəfindən daha effektiv idarə olunacağını planlaşdırırıq”.

“Bu çoxdan gecikmiş tarixi islahatı həyata keçirmək üçün çox çalışmış DOGE-yə və zəhmətkeş heyətimizə təşəkkür edirik”-deyə Rubio qeyd edib.

 

Seçilən
90
41
azpost.info

10Mənbələr