AZ

Hindistan-ABŞ təyyarəsi bomba təhlükəsi səbəbindən Mumbaya qayıdır

Hindistanın “Air İndia” aviaşirkəti ABŞ-a uçan təyyarənin tualetində “bomba təhlükəsi” olan qeyd aşkar edildikdən sonra Mumbaya qayıdıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV  məlumat yayıb.

“Air İndia” aviaşirkətinin verdiyi açıqlamada “AI119” nömrəli reysin Mumbaydan ABŞ-ın Nyu-York şəhərinə uçduğu bildirilib.

Açıqlamada uçuş zamanı təyyarənin tualetində "bomba təhlükəsi" olan qeydin tapıldığı və təhlükəsizlik protokollarına uyğun olaraq Mumbaya geri dönməyə qərar verildiyi qeyd olunub. 

Həmçinin yaranan vəziyyətin nəzarət altına alındığı və uçuşun sabaha təxirə salındığı paylaşılıb.

Şirkətin bəzi təyyarələrinin uçuşları dayandırılıb, bəziləri isə təcili eniş etməli olub.

Hindistan hökuməti yalan hesabat verənlərin "uçuşa qadağan" siyahısına salınması və təyyarələrdə hava marşallarının sayının artırılması da daxil olmaqla bir sıra addımları nəzərdən keçirdiyini bildirib.

Seçilən
7
operativmm.az

1Mənbələr