AZ

“ABŞ-nin vitse-prezidentinin yaxın qohumu Ukrayna Silahlı Qüvvələrində döyüşüb”

ABŞ-nin vitse-prezidenti Ceyms Devid (Cey Di) Vensin yaxın qohumu Neyt Vens 2022-ci ildən Ukrayna Silahlı Qüvvələrində döyüşüb.

Tribunainfo.az-ın xəbərinə görə, bu barədə Fransanın “Le Figaro” qəzeti yazıb.

Qəzetin iddia etdiyinə görə, kişi Ukraynada üç il keçirib və bunun iki il yarımını ən qanlı cəbhələrdə döyüşməyə sərf edib.

Qeyd olunub ki, Neyt Vens 2025-ci il yanvarın əvvəlində – Cey Di Vens vəzifəyə başlamazdan bir neçə gün əvvəl xidməti tərk edib. O, həmçinin Cey Di Vensin Ukrayna böhranı ilə bağlı fikirlərindən məyus olduğunu da dilə gətirib.

Qeyd edək ki, daha əvvəl Cey Di Vens qızı ilə gəzinti zamanı ukraynayönlü etirazçılarla münaqişə yaşadığını bildirmişdi.

Ukraynayönlü fəallar Ağ Evdə danışıqlar zamanı Volodimir Zelenski ilə mübahisə etdikdən sonra Vensin tətilini pozublar.

 

Seçilən
15
tribunainfo.az

1Mənbələr