AZ

FHN orta məktəblərdə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib...

Poliqon FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Suraxanı rayonu 278 nömrəli və Sabunçu rayonu 90 nömrəli tam orta məktəblərində, Gəncə RM tərəfindən Qazax rayonu V.Musayev adına İkinci Şıxlı kənd və Qazax şəhər İ.Qayıbov adına 3 saylı tam orta məktəblərində, Sumqayıt RM tərəfindən “Azərsu” ASC-nin Bağlar Sukanal İdarəsində, Sumqayıt şəhər 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində və Ceyranbatan qəsəbə Uşaq İncəsənət Məktəbində, Aran RM tərəfindən Goranboy rayon Qızılhacılı qəsəbə 2 nömrəli tam orta məktəbində, Cənub RM tərəfindən Lerik rayon R.Nurullayev adına Cəngəmiran kənd tam orta məktəbində, Muğan RM tərəfindən Hacıqabul rayon Rəncbər kənd tam orta məktəbində, Şimal RM tərəfindən Quba rayonu II Nügədi kənd 1 nömrəli tam orta məktəbində, Şimal-qərb RM tərəfindən İsmayıllı rayonu H.Abbasov adına Qaraqaya kənd ümumi və S.Abbasov adına Yeni Yol kənd tam orta məktəblərində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Poliqon.info

Seçilən
11
9
poliqon.info

10Mənbələr