Azad edilmiş ərazilərdə aparılan qazıntı işləri zamanı aşkarlanan 23 kütləvi məzarlıqdan 187 şəxsə aid olduğu ehtimal edilən meyit qalığı eskhumasiya edilib.
AzPost APA-ya istinadən xəbər verir ki, bunu Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatının təqdimatında Komissiyanın katibi Qəzənfər Əhmədov deyib.