AZ

QHT “Qarabağ Zəfərindən Turana doğru” antologiyası üçün əsərlər toplayır

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Kitab Evi” İctimai Birliyi “Qarabağ Zəfəri və Türk Dövlətləri Təşkilatının tarixi inkişafı - turançılıq ideyaları müasir ədəbiyyatda” adlı layihənin icrasına başlayır.

QHT.az xəbər verir ki,  bu barədə “Kitab Evi” İctimai Birliyinin sədri Adilə Nəzər bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində Türk dünyasının mədəniyyət paytaxtı Şuşada baş tutan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Dövlət Başçılarının Qeyri-rəsmi Zirvə Toplantısından irəli gələn ədəbi-bədii düşüncələrin ədəbiyyatda yeri və rolunu müəyyən edən, Qarabağ Zəfəri və turançılıq ideyalarını əks etdirən əsərlər toplanır:

"Toplanan materiallar “Qarabağ Zəfərindən Turana doğru” adlı iki cildlik kitab şəklində nəşr ediləcək, kitabların təqdimatı keçiriləcək və kitabxanalara paylanacaq. Müraciət qaydalarına gəlincə qeyd edim ki, hər müəllif bir (1) nəzm, və ya iki (2) şeir təqdim edə bilər, materiallar İdarə Heyəti tərəfindən oxunacaq və zəif əsərlər qəbul edilməyəcək, materialların göndərilməsi üçün son tarix: 20 aprel 2025-ci il, antologiyanın nəşri və təqdimatı may-iyun aylarına nəzərdə tutulur. Əsərlər [email protected] e-mail ünvanına göndərilməlidir".

Seçilən
16
qht.az

1Mənbələr