AZ

“Onlayn Azərbaycan” layihəsi uğurla başa çatdı (FOTO)

Bakı.Trend:

Rəqəmsal transformasiya və dayanıqlı infrastrukturun inkişafındayeni mərhələ 10 mart tarixində “Onlayn Azərbaycan” meqalayihəsininyekun hesabat tədbiri keçirilib.

Trend xəbərverir ki, tədbirdə Azərbaycan Nəqliyyat və KommunikasiyaHoldinqinin icraçı direktoru Şahin Babayev, “Aztelekom” MMC-nin başdirektor vəzifəsini icra edən Həsən Ömərov, BeynəlxalqTelekommunikasiya İttifaqının (ITU) regional direktoru NataliaMoçu, eləcə də tənzimləyici qurumların nümayəndələri və sahə üzrəekspertlər iştirak ediblər.

Tədbir çərçivəsində layihənin icrası, əldə olunan nəticələr vəgələcək perspektivlər haqqında geniş məlumat verilib.

Açılış nitqi ilə çıxış edən Şahin Babayev bildirib: “OnlaynAzərbaycan” layihəsi ölkənin bütün ərazilərində həm biznes, həm dəev təsərrüfatlarının müasir texnologiyalar vasitəsiləyüksəksürətli, sabit genişzolaqlı internetlə təmin olunmasınıhədəfləyirdi. Bir çox tərəfdaşların birgə səyləri nəticəsindəölkədə genişzolaqlı internet şəbəkəsinin qurulmasına nail olduq.Mürəkkəb struktur və strateji əhəmiyyətə malik layihə mərhələlişəkildə icra edildi. Son 4 il ərzində ölkədə sabit genişzolaqlıyüksəksürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatlarınsayı 13 dəfə artaraq təxminən 3 milyona çatdı, nəticədə ölkəninsabit genişzolaqlı internetlə əhatəsi tam təmin edildi. Bu layihəinternet infrastrukturunu yaxşılaşdırmaqla yanaşı, ölkənin rəqəmsalgələcəyini formalaşdıran strateji addımlardan biri oldu”.

Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə“Telekommunikasiya və İnformasiya Texnologiyalarının İnkişafınadair Strateji Yol Xəritəsi” çərçivəsində icra olunub. Son iki ildəölkədə genişzolaqlı internetin illik orta sürəti 1,4 dəfə artıb və2024-cü ilin yanvar ayına olan məlumata əsasən bu göstərici 66Mbit/s-ni keçib.

Tədbir “Rəqəmsallaşmada yeni mərhələ” mövzusuna həsr olunmuşpanel sessiyası ilə davam edib. Sessiyada innovativtexnologiyaların tətbiqi, “bulud” xidmətlərinin genişləndirilməsivə e-hökumət platformalarının inkişafı üçün yaradılan imkanlarmüzakirə olunub.

Qeyd edək ki, layihə çərçivəsində görülən işlər beynəlxalqmiqyasda da yüksək qiymətləndirilib. Belə ki, mart ayının 5-idünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile WorldCongress (MWC)” çərçivəsində “Aztelekom” MMC “Ən Sürətli SabitŞəbəkə” mükafatına layiq görülüb. Bu mükafat internet sürət testivə təhlili üzrə qlobal lider olan “Ookla”®️ şirkəti tərəfindəntəqdim edilib.

“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
“Onlayn
Seçilən
3
5
az.trend.az

6Mənbələr