AZ

Bu hərəkətləri edən oyunçuya elə bir “qulaqbuma”sı verməlidir ki…

Yeni ilə əla start verib bir sıra uğurlu oyunlar keçirən «Səbail» növbəti dəfə «dalana dirənib».

Xal və xalları üst-üstə toplaya bitlmirlər yenə.

Düşərgədəki fubolçu sayı az, seim imkanı məhduddur. Cavid Hüseynov hər rəqibə qarşı bir cür futbol oynadır indi.

Bu, gölməçədən xilas üçün son cəhddir. Əlindəki səviyyəli oyunçuların sayı bir əlin barmaqlarının sayı qədər olar, ya olmaz.

Baş məşqçi məcburdur ki, rəqiblərin çaldığı havaya qulaq versin.

Zirəyə qazanmaq üçün gəlməmişdilər. 1 xal qazansaydılar, bunu bayram edəcəkdilər. Olmadı.

Bəxt «Səbail»in yanında idi. Sağında idi, solunda idi, böyründə idi, başının üstündə idi.

95 dəqiqə şans onların üzünə güldü, şaqqanaq çəkdi, göz vurdu.

Ta son künc vuruşuna qədər. «Zirə»nin yerinə yerirdiyi korner qonaqların qapısının torunu yavaşca silkələdi.

Ruanq Renato son anda topa diziylə toxunaraş onun istiqamətini dəyişdi və qol oldu. Beləcə, Cavid Hüseynovun xal ümidinin rəsmiləşməsinə saniyələr çatmadı.

Süleyman Aluş «Səbail»in hər şeyidir. Şahin Diniyev kimi, Cavid Hüseynov da niderlandlı yarımmüdafiəçiyə çox güvənir.

Bura qədər elədikləri az olmayıb. Amma dünən elədiyi.

Rəqibə dirsək atan, hakimin ünvanına qeyri-etik ifadələr söyləyən Aluş meydandan qovulmasının günahını nə Qamisdə, nə də baş hakimdə görməlidir.

Bir yersiz reaksiya ilə yoldaşlarını çətin vəziyyətdə tək buraxdı.

Cavid Hüseynov bu legionerlərə maddi cəhətdən elə «qulaqburma»sı verməlidir ki, bir də belə hərəkətlər etməsin, başqaları da bu fikrə düşməsin.

MUSA

Seçilən
7
sportinfo.az

1Mənbələr