AZ

Tanınmış futbolçu xəstəxanaya yerləşdirildi

"Əl-Hilal" klubunun futbolçusu Aleksandar Mitroviç fiziki yorğunluq səbəbilə xəstəxanaya yerləşdirilib.
Bilgə.tv xəbər verir ki, bu barədə "Alriyadiyah" məlumat yayıb.
Mənbənin sözlərinə görə, serbiyalı hücumçu həddindən artıq gərginlik keçirib və buna görə ürək döyüntüləri sürətlənib. Nəticədə klub həkimləri onun xəstəxanaya yerləşdirilməsinə qərar veriblər.
Tibbi yoxlanışdan sonra 30 yaşlı futbolçunun ev şəraitində müalicə almasına və məşqlərdən azad edilməsinə qərar verilib.
Qeyd edək ki, Mitroviç bu mövsüm 25 oyun keçirib və 21 qol vurub. Forvard 98 oyuna 59 qol vuraraq Serbiya millisinin tarixinin bombardiridir
Seçilən
5
1
bolge.tv

2Mənbələr