AZ

“Kəpəz” klubunun futbolçusu mükafatlandırılıb

Misli Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Kəpəz” klubunun futbolçusu Turan Manafov mükafatlandırılıb.

“Report” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Müdafiəçinin "Turan Tovuz"a 5:2 hesabı ilə qalib gəldikləri oyunda vurduğu birinci qol ən yaxşı seçilib.

Yanvar ayının ən yaxşı qolunun müəllifinə mükafat XXVI turun "Sumqayıt" - "Kəpəz" oyunundan əvvəl təqdim edilib.

Seçilən
63
4
report.az

5Mənbələr