AZ

Sərnişin təyyarəsində BOMBA HƏYƏCANI

Hindistanın “Air İndia” aviaşirkətinə məxsus, ABŞ-a uçan sərnişin təyyarəsi bomba təhlükəsi səbəbi ilə Mumbaya geri qayıdıb.

Bu barədə “Hindustan Times” qəzeti yazıb.

“Air İndia” şirkətinin verdiyi açıqlamada “AI119” nömrəli reysin Mumbaydan ABŞ-ın Nyu-York şəhərinə uçduğu bildirilib.

Uçuş zamanı təyyarənin tualetində “bomba təhlükəsi” olan qeydin tapıldığı və təhlükəsizlik protokollarına uyğun olaraq Mumbaya geri dönmə qərarının alındığı qeyd olunub.

Bildirilib ki, təyyarə ətraflı şəkildə araşdırılıb, vəziyyət nəzarət altına alınıb və uçuş sabaha təxirə salınıb.//publika.az


Seçilən
5
7
referans.az

10Mənbələr