Ermənistan parlamentinin sədri Alen Simonyan brend geyim və ayaqqabı almağa pul xərcləməsi ilə bağlı ittihamlara cavab verib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
O, mətbuata belə nəşrlər əvəzinə “30 ildir ölkəni talayan” məmurlara diqqət yetirməyi tövsiyə edib.
Əlbəttə, demək olar ki, hər kəsin öz 1400 dollarlıq “iPhone”nu açaraq parlament sədrinin 1100 dollarlıq ayaqqabılarını müzakirə etməsi gülməlidir”, - Simonyan qeyd edib.
"Parlamenti necə talamalı olduğum aydın deyil - müxalifətin boş qalmış kreslolarını yaxşı qiymətə satmalıyam, yoxsa Milli Yığıncağın köhnə xalçalarını? Biri 1100 dollar dəyərində “Zegna” markalı ayaqqabımın olduğunu iddia edir, digəri isə 1600 avroya “Loro Piana” markalı ayaqqabı aldığımı iddia edir. Məndə bu qiymətə ayaqqabı yoxdur. Demək olar ki, hamı parlament sədrinin guya 1100 dollarlıq ayaqqabısı olduğunu iddia edib”, - Simonyan qeyd edib.
O bildirib ki, ayaqqabıları əsasən xaricdəki autletlərdə və İrəvan mağazalarından alır.