AZ

Əmircanda bir-birinə bitişik evlər yandı - Video

Dünən paytaxtın Suraxanı rayonunda güclü yanğın olub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə rayonun Əmircan qəsəbəsi ərazisində baş verib.

Ümumi sahəsi 270 m² (hər mərtəbəsi 135 m²) olan kürsülü, ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisənin görüntülərini təqdim edirik:

Seçilən
10
14
qafqazinfo.az

10Mənbələr