Ağdərə. Trend:
Ağdərədə yük avtomobili dərəyə aşıb.
Trend-in yerli müxbirininəldə etdiyi məlumata görə, hadisə rayonun Umudlu kəndi ərazisindəbaş verib.
Belə ki, daşla yüklü olan "KamAZ"markalı avtomobil hərəkətdəolarkən idarəetməni itirərək yol kənarındakı dərəyə yuvarlanıb.
Qəza nəticəsində yük avtomobilinin sürücüsü özünü avtomobildənatdığına görə xəsarət almayıb.
Faktla bağlı araşdırma aparılır.