AZ

“Yaradıcı Azərbaycan” da yaradıcı müzakirələr aparılıb

Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Azərbaycan” mövzusunda tədbir keçirilib. Mərasimə açılış nitqi ilə başlayan mədəniyyət naziri Adil Kərimli iqtisadiyyatı güclü olan ölkələrdə mədəni və yaradıcı sənayeyə diqqətin günü-gündən artmaqda olduğunu qeyd edib. Bildirib ki, Azərbaycanda da bu mühitdə  müəyyən addımlar atılmaqdadır. 

Nazir, həmçinin Mədəniyyət Nazirliyinin Azərbaycan Dövlət İqtisad Universiteti ilə (Unec) birlikdə mədəni və yaradıcı sənaye sahələrini təsnifatlaşdırıb və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim edildiyini vurğulayıb. Adil Kərimli çıxışında, “Yaradıcı Azərbaycan” layihəsi ilə bağlı digər ali təhsil müəssisələrinə və biznes subyektlərinə də müraciət ünvanlayıb. 

Sonra, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Yaradıcılığı həyat tərzimizə çevirək” mövzusunda məruzə edib.

Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və başqa qonaqlar çıxış edərək, Ümumi Daxili Məhsulun (ÜDM) göstəricilərinin yaradıcı sənayenin inkişafındakı payı, müasir texnologiyaların müxtəlif yaradıcı sahələrdə oynadığı əsas rolu, gənc nəsildə yaradıcı potensialı üzə çıxarmağın yolları və sair. mədəni mövzular haqqında fikirlərini səsləndiriblər. 

Xatırladaq ki, ölkənin mədəni və yaradıcı sənayelərinin inkişafına yönəldilmiş “Yaradıcı Azərbaycan” layihəsi Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılan bir təşəbbüsdür. Burada əsas məqsəd Azərbaycanın yaradıcı potensialını aşkar etmək və onu qlobal bazara çıxarmaqdır. Bu sahəyə kino, animasiya, müxtəlif oyunlar, moda, musiqi, mədəni texnologiya (cultech) və digər yaradıcı istiqamətlər daxildir.

FİDAN
XQ

Seçilən
1
2
xalqqazeti.az

3Mənbələr