AZ

Klopp "Enfild"ə qayıdacağı vaxtı açıqladı

"Liverpul"un sabiq baş məşqçisi Yurgen Klop "mersisaydlılar" haqqında danışıb.

“İki sahil” xəbər verir ki, mütəxəssis bu il keçmiş klubunu ziyarət edəcəyini deyib: "Yəqin ki, "Liverpul"un cari mövsüm Premyer Liqada keçirəcəyi son ev oyununda stadionda olacağam. Hazırda planım budur. Dürüst olum ki, "Enfild"ə (komandanın ev oyunlarını keçirdiyi stadion - red.) daha tez getmək niyyətim yoxdur. Çünki uğursuzluq gətirmək istəmirəm".

Qeyd edək ki, Klopp 2015-ci ildən ötən ilin yayınadək "Liverpul"a baş məşqçilik edib. O, hazırda Almaniyalı mütəxəssis "Red Bull"da futbol bölməsinin rəhbəridir.

Seçilən
0
1
ikisahil.az

2Mənbələr