"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə martın 20-31-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Bu barədə BAKU.WS ADY-ya istinadən xəbər verir.
Məlumata görə, qatarlar qeyd olunan tarixlərdə hər gün Bakıdan və Qəbələdən yola düşəcək. Qatar Bakıdan Qəbələyə 07:30, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.
Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün "ADY Mobile" tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.