Azərbaycan təmsilçisi Serbiyanın Niş şəhərində keçirilən qadın boksçular arasında dünya çempionatında Ermənistan idmançısına qalib gəlib.
“İki sahil” xəbər verir ki, 54 kq çəkidə mübarizə aparan Zeynəb Rəhimova 1/16 finalda Yekaterina Sıçevanı üstələyib.
O, rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu gün Aynur Mikayılova (57 kq) da mübarizəyə qoşulacaq.