AZ

"Sumqayıt" "Kəpəz"ə qalib gəldi

Futbol üzrə Misli Premyer Liqasının XXVI turunda "Sumqayıt" "Kəpəz"ə qalib gəlib.   Manset.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan oyunda ev sahibləri 3:0 hesablı qələbəyə seviniblər. "Gənclik şəhəri" təmsilçisinin heyətində Roy Kehat (20, 51) dubl müəllifi olub. 90+3-cü dəqiqədə isə Nihad Əhmədzadə adını tabloya yazdırıb. 25 xalı olan "Sumqayıt" turnir cədvəlində 8-ci yerdə qərarlaşıb. 22 xala malik "Kəpəz" isə 9-cudur. Tura "Neftçi" - "Turan Tovuz" matçı ilə yekun vurulacaq.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Araz-Naxçıvan"ı (3:1), "Şamaxı" "Sabah"ı, "Zirə" "Səbail"i (hər ikisi 1:0) məğlub edib.

Seçilən
29
8
manset.az

9Mənbələr