AZ

Bərdədə qanunsuz tikili sökülüb - FOTO - VİDEO

Bərdədə qanunsuz tikili sökülüb.

Bu barədə Avtosfer.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Divanlı kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

BərdədəBərdədəBərdədəBərdədə

Seçilən
1
49
avtosfer.az

10Mənbələr