AZ

Toyu olacaqdı, qəzada həyatını itirdi VİDEO

Gələn ay üçün toyuna hazırlaşan gənc oğlan qəzada həyatını itirib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Tovuzun Qovlar şəhərinin ərazisində qeydə alınıb.

Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanan yük avtomobilinin qoşqusuna çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü, Tovuzun Aşağı Quşçu kənd sakini 22 yaşlı İlham  Rüstəmov dünyasını dəyişib. Hadisə şahidlərinin məlumatına görə, sürücü sürət həddini aşaraq qəza törədib.

Məlumata görə, İlhamın aprel ayında toyu olacaqmış.

Ağstafada isə piyada vurulub. Hadisə  rayonun Poylu qəsəbəsində qeydə   alınıb. Yolu kecmək istəyən 59 yaşlı  Tamam  Əliyeva avtomobillə vurulub. Hadisədən dərhal sonra yaralı Ağstafa Rayon Mərkəzi Xəstəxanasına catdırılsa da, onun həyatını  xilas etmək mümkün olmayıb. Hər iki faktla bağlı araşdırma  aparılır.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
54
xezerxeber.az

1Mənbələr