AZ

Türkiyədən Qazaxıstana hazır geyim ixracı artıb

Bakı. Trend:

Türkiyə 2025-cü ilin fevral ayında Qazaxıstana hazır geyimixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75,5 faiz artaraq84 milyon 666 min 67 dollara çatdırıb.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumatverilib.

2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Qazaxıstanahazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə68,5 faiz artaraq, 47 milyon 517 min 52 dollara bərabər olub.

Qeyd edək ki,2025-ci ilin yanvar-fevral aylarında Türkiyənindünya bazarlarına hazır geyim ixracı 2024-cü ilin eyni ayı iləmüqayisədə 5 faiz azalaraq, 2 milyon 770 min 450 dollara bərabərolub.

“Bu ilin fevral ayında Türkiyə 1 milyon 358 min 571 dollarməbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin fevral ayıilə müqayisədə 9,3 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025)Türkiyə 17 milyon dollar məbləğində hazır geyim ixrac edib.

Məqalədə:
Seçilən
2
5
az.trend.az

10Mənbələr