
Kanadada bir kafedə ABŞ-ın 47-ci prezidenti Donald Trampa ithaf edilmiş "Tramp sandviçi" təqdim edilməyə başlanıb. “Ulusum”.az xəbər verir ki, bu barədə The Mirror nəşri xəbər verir.X sosial şəbəkəsində kafenin menyusunun şəkli yayılıb, burada "Tramp sandviçi"ni sınamağı təklif edirlər. Bu yemək ağ çörək dilimlərindən, boloniya kolbasasından, kiçik turşu xiyarından və "rus sousu"ndan ibarətdir. Lakin, bu sousun tərkibi dəqiq açıqlanmır. Kafe sahibləri bununla, Kanadanın ABŞ-a daxil olmalı olduğu barədə dəfələrlə bəyanat verən Donald Trampı təhqir ediblər.
Diqqət Çəkənlər
Rabat şəhərində Azərbaycan səfirliyinin təşkil etdiyi iftar süfrəsinin - VİDEOSU
ABŞ-da azyaşlılara "kredit" verildi: Şok edici faktlar
ABŞ Səhiyyə Nazirliyi işçilərinə niyə 25 min dollar təklif edib?