AZ

Zeynəb Rəhimova DÇ-də ermənistanlı boksçuya qalib gəldi

Azərbaycan boksçusu Zeynəb Rəhimova Serbiyanın Niş şəhərində qadınlar arasında təşkil olunmuş dünya çempionatında ilk sınağına çıxıb.

Arena.az xəbər verir ki, Serbiyanın Niş şəhərində qadın boksçular arasında keçirilən dünya çempionatı davam edir.

Mundailın ikinci günündə Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Zeynəb Rəhimova çıxıb. 54 kq çəkidə mübarizə aparan boksçumuz 1/16 final çərçivəsində Yekaterina Sıçeva (Ermənistan) ilə döyüşüb. Görüş Rəhimovanın inamlı qələbəsi ilə başa çatıb. O, ermənistanlı rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.

Xatırladaq ki, bu gün Aynur Mikayılova (57 kq) da mübarizəyə qoşulacaq.

Seçilən
43
10
arena.az

10Mənbələr