"Real Madrid"in sabiq ulduzu Türkiyə nəhənginin "radarı"na düşüb.

Offsideplus.az xəbər verir ki, "Beşiktaş" hazırda "Real Betis"in formasını geyinən İskonu yay "transfer pəncərəsi"ndə heyətinə qatmağı planlaşdırır. Bu barədə "El-Nacional" məlumat yayıb.

"Ağ-qaralar" futbolçuya maaşının iki qatını təklif edəcək. 

La Liqa klubu ilə 2027-ci ilə qədər müqaviləsi olan ispaniyalının transfer dəyəri 20 milyon avro göstərilir.

Qeyd edək ki, 32 yaşlı oyunçu 2024/25 mövsümündə "Betis" forması ilə 17 oyuna çıxıb və 7 qola, 3 məhsuldar ötürməyə imza atıb.