Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib. Aksiya Tərtər Rayon İcra Hakimiyyətinin və 9 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin təşkilatçılığı ilə reallaşıb.
Ekologiya.az xəbər verir ki, aksiya zamanı Tərtər-Goranboy avtomobil yolunun kənarlarında 300 ədəd Eldar şamı əkilib. Yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.