Rusiya millisi mart "pəncərə"sində Qrenada yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə federasiyanın rəsmi "Telegram" kanalı məlumat yayıb.
Görüş martın 19-da baş tutacaq və Moskva "Dinamo"sunun arenasında keçiriləcək.
Beləliklə, Qrenada 2025-ci ildə Rusiya millisinin ilk rəqibi olacaq. Şimallıların martın 25-də Zambiya ilə yoldaşlıq görüşü keçiriləcəyi daha əvvəl açıqlanmışdı.
Qeyd edək ki, beynəlxalq yarışlardan uzaqlaşdırılan ruslar hələlik yoldaşlıq görüşləri keçirməklə kifayətlənir.
Rusiya yığması FİFA reytinqində 34-cü, Qrenada isə 174-cü sıradadır.