AZ

Sakinlərin nəzərinə: Bəzi ərazilərdə qaz olmayacaq

Xəzər rayonu, "Qala" QTM-dən qidalanan əhali kollektorunun üzərində quraşdırılmış sənaye sayğaclarının yeni çəkilmiş sənaye kollektorunun üzərinə köçürülməsi məqsədilə 11.03.2025-ci il tarixində saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Poliqon xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Qala kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Poliqon.info

 

Seçilən
24
28
poliqon.info

10Mənbələr