AZ

Son 3 ildə ölkə üzrə internetin sürəti üç dəfə artıb – İKTA

Son 3 ildə ölkə üzrə internetin sürəti üç dəfə artıb.

Bunu bu gün İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) İdarə Heyətinin sədr müavini Ceyhun Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanda internetin sürəti zəif deyil.

“Ölkədə “Onlayn Azərbaycan” layihəsi çərçivəsində GPON texnologiyalarından istifadə 100 %-ə çatıb. GPON texnologiyası əvvəlki digər texnologiyalardan daha sürətli internet təmin etmək qabiliyyətinə malikdir”,- deyə o qeyd edib.

// APress.az

Seçilən
2
8
apress.az

9Mənbələr