Ukrayna Prezidenti Volodimir Zelenski tədbirə kostyumsuz gəldiyinə görə üzr istəyib.
Demokratikmusavat.com xəbər verir ki, o, “Şevçenko mükafatı”nın təqdimat mərasimində çıxış edərkən bunu deyib. Video dövlət başçısının ofisi tərəfindən sosial şəbəkələrdə yayımlanıb.
Bundan əlavə, ukraynalı lider ABŞ Prezidenti Donald Trampa məktub göndərib və ondan üzr istəyib.
Bunu Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff "Fox News"un efirində açıqlayıb.
Xatırladaq ki, Zelenskinin ötən ay ABŞ lideri Donald Trampla Oval kabinetdə keçirilən görüşdə də kostyum geyinməmişdi və jurnalist Brayan Qlenn ondan kostyumunun olub-olmadığını soruşub. Media nümayəndəsi daha sonra Zelenskiyə verdiyi bu suala görə minlərlə təhdid aldığını bildirib.