AZ

ABŞ Səudiyyə Ərəbistanında Rusiya və Ukrayna ilə ayrı-ayrılıqda görüşlər keçirəcək

ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndələri bu həftə Səudiyyə Ərəbistanında rusiyalı və ukraynalı həmkarları ilə ayrıca görüşəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatlı hökumət mənbəsinə istinadən CNN telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Ciddədə ABŞ dövlət katibi Marko Rubio, Trampın milli təhlükəsizlik müşaviri Mayk Vals və Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff və Ukrayna tərəfi arasında görüşlər planlaşdırılır. Rusiya nümayəndələri ilə ayrıca təmasların olacağı gözlənilir.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi martın 7-də ABŞ və Ukrayna nümayəndələrinin münaqişənin həlli üçün danışıqlar aparacağını açıqlayıb. Tərəflər Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəsin yaradılması və dinc dialoq üçün zəmin yaradılması mexanizmlərini müzakirə edəcəklər.

Seçilən
62
1
operativmm.az

2Mənbələr