AZ

Ev almaq istəyənlərin NƏZƏRİNƏ!

Bu ilin fevral ayında Bakıda mənzillərin qiymətləri yanvar ayı ilə müqayisədə orta hesabla 1,5 %, ötən ilin eyni dövrünə nisbətən isə 11,2 % artıb.

Publika.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

Həm ilkin, həm də təkrar mənzil bazarında bahalaşma olub

Onun sözlərinə görə, ilkin mənzil bazarında aylıq müqayisədə 1 %, illik müqayisədə isə 12,9 % bahalaşma qeydə alınıb. Bazarda təklif sayı isə ay ərzində 2,5 %, il ərzində isə 14,5 % artıb.

Təkrar mənzil bazarında isə yeni tikililərdə qiymətlər ay ərzində 1,5 %, il ərzində 10,9 %, köhnə tikililərdə müvafiq olaraq 1,1 % və 9,8 % artıb. Bazarda təklif sayı isə ay ərzində 2 %, il ərzində isə 17 % yüksəlib.

Kirayə bazarında qiymətlər sabit qalıb

Seçilən
46
9
publika.az

10Mənbələr