Xaçmazda yük avtomobilləri toqquşdu - Yaralanan var
Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.Manset.az APA-ya istinadən xəbər verir ki, Ağçay üzərindəki körpünün yaxınlığında "Kamaz" markalı yük avtomobili "Qazel" markalı yük avtomobili ilə toqquşub.
Qəza zamanı "Qazel" markalı avtomobil aşıb. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb. Hazırda fakt araşdırılır.