AZ

Neftçalada ana və üç övladı qazdan zəhərlənib

Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib...

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xolqaraqaşlı kəndində baş verib.

Kənd sakinləri - 1994-cü il təvəllüdlü Məmmədova Rəqsanə Əbülfət qızı və 3 azyaşlı övladı vanna otağında olarkən zəhərləniblər.

Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan onların həyatları üçün təhlükə olmadığı bildirilib.

Poliqon.info

Seçilən
16
11
poliqon.info

10Mənbələr