AZ

Bu gün Yel çərşənbəsidir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.
Oxu.Az xatırladır ki, Yel çərşənbəsi Novruzun dörd əsas çərşənbəsindən üçüncüsüdür. Xalq inanclarına görə, bu gün əsən küləklər torpağı hərəkətə gətirir, təbiətə yeni nəfəs verir.
Bu çərşənbədə tonqal qalamaq, onun üzərindən atlanmaq, evləri təmizləmək və bayrama hazırlıq görmək ənənədir. İnanclara görə, Yel çərşənbəsində əsən küləklər insanın ağrı-acısını alıb aparır. Başqa bir inanca görə isə Yel çərşənbəsində külək arzuları göylərə qaldırır. Buna görə də bu axşam niyyət tutanlar çox olur.
Yel çərşənbəsi bizə baharın yaxınlaşdığını, təbiətin yenidən canlandığını xatırladır. Bu küləkli gündə əsrlərdir davam edən ənənələri yaşatmaq Novruza daha bir addım atmaq deməkdir.
Qeyd edək ki, Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 18-nə təsadüf edəcək. Novruz bayramı martın 20-si qeyd ediləcək.
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
Seçilən
1
6
oxu.az

10Mənbələr