AZ

Zelenski Trampdan üzr istəyib

Zelenski prezidentə məktub göndərərək Oval kabinetdə baş verən bütün insident üçün üzr istəyib..

Poliqon xəbər verir ki, bu barədə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Fox News telekanalında bildirib.

"Düşünürəm ki, bu, vacib addım idi. Komandalarımızla bu müzakirədə iştirak edən ukraynalılar və avropalılar arasında çoxlu müzakirələr oldu", o, bunu "tərəqqi" adlandırıb. Martın 11-də ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar Səudiyyə Ərəbistanında baş tutacaq deyə Vitkoff xatırladıb.

Qarşıdan gələn görüşün iştirakçılarından biri olacaq Vitkoffun sözlərinə görə, ABŞ Ukrayna ilə danışıqlarda əhəmiyyətli irəliləyiş gözləyir və Ukraynanın mineral ehtiyatlarına çıxışla bağlı sazişin imzalanmasına ümid edib.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr