Bakı. Trend:
Fevralın 14-dən İkitərəfli pnevmoniyadan əziyyət çəkən vəxəstəxanada nəzarət altında olan Papa Fransiskin vəziyyəti davamlıolaraq yaxşılaşır. Xəstəxanada müalicə edən həkimlər onunvəziyyətində müsbət irəliləyişlər qeyd edərək, gələcək üçünproqnozlarının yaxşı olduğunu açıqlayıblar.
Trend xəbər verirki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin bəyanatındadeyilir.
88 yaşlı pontifik hələ də xəstəxana şəraitində müalicə almağadavam etməlidir. Həkimlər qeyd ediblər ki, “əvvəlki günlərdə qeydəalınan ümumi vəziyyətin yaxşılaşması davam edir və bu, həm qananalizləri, həm də ümumi obyektiv klinik mənzərə, həmçinin dərmanterapiyasına yaxşı reaksiya ilə təsdiqlənir."
Həkimlərin proqnozunun müsbət olduğunu bildirən bəyanatda,klinik vəziyyətin mürəkkəbliyini və ilkin olaraq ağır infeksiyanınəzərə alaraq, sonrakı günlərdə müalicənin xəstəxana şəraitindədavam etdirilməsi zərurəti olduğu vurğulanır.