AZ

Bu şəxslərin “Green Card”ları ləğv ediləcək

ABŞ Dövlət Departamenti sonradan deportasiya etmək məqsədilə HƏMAS tərəfdarlarının giriş vizalarını və "green card"larını ləğv edəcək.

 

Bunu ABŞ-nin dövlət katibi Marko Rubio "X" hesabında bildirib.

 

"Biz ABŞ-dəki HƏMAS tərəfdarlarının vizalarını və yaxud "grin kart"larını ləğv edəcəyik ki, onlar deportasiya oluna bilsinlər", - o bildirib.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ-nin Fələstinə dəstək nümayişlərində iştirak edən əcnəbi tələbələri və digər vətəndaşları ölkədən çıxaracağını vəd etmişdi.(Lent.az )

Tarix: 11 Mart 2025, 07:23   
Seçilən
18
11
pravda.az

10Mənbələr