Meksikanın Oaxaka ştatında sərnişin avtobusu aşıb. Manset.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Ştat qubernatoru Salomon Jara mətbuata açıqlamasında paytaxt Mexikodan hərəkət edən sərnişin avtobusunun Mitla-Tehuantepek avtomobil yolunda aşdığıbı qeyd edib. Qəzada 18 nəfərin həyatını itirdiyini, 2-si ağır olmaqla 29 nəfərin yaralandığını qeyd edən Jara, yaralıların xəstəxanaya aparıldığını bildirib.
Jara həyatını itirənlərin ailələrinə başsağlığı verib və qəzanın səbəblərinin araşdırılacağını bildirib.