AZ

Şəki sakinlərinin NƏZƏRİNƏ: Bu gün saat 09:30-dan etibarən...

Şəkidə qaz təchizatında fasilə yaranacaq. Buna səbəb yeraltı xətdə qaz sızmasının aşkarlanmasıdır.

“Azəriqaz” İB-nin Şəki-Zaqatala Regional İdarəsindən bildiriblər ki, Şəki şəhərini qazla təmin edən d-530 mm-lik yeraltı qaz xəttində aşkarlanmış qaz sızmasının aradan qaldırılması ilə əlaqədar olaraq martın 11-də saat 09:30-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri başa çatana qədər Şəki şəhəri, 30 kənd və 1 qəsəbədə ümumilikdə 31 906 abonentin qaz təminatı müvəqqəti olaraq kəsiləcək.

Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa olunacaq./Bizim.Media
Seçilən
12
2
referans.az

3Mənbələr