AZ

"Mançester Yunayted" "Old Trafford"u 100 minlik stadionla əvəz edir - Bu gün açıqlanacaq

“Mançester Yunayted” 100 min tamaşaçı tutumlu yeni stadionun tikintisi ilə bağlı açıqlama verməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, məlumatı “The Athletic” yayıb. 

Mənbənin məlumatına görə, 2 milyard funt-sterlinq dəyərində olan layihə Böyük Britaniyanın ən böyük stadionu olacaq. Yeni obyektin inşası təxminən altı il çəkəcək və mövcud "Old Trafford"un yanında tikiləcək. Yeni stadionu Mançester əsilli Norman Foster dizayn edib.

Bu barədə bu gün, martın 11-də məlumat veriləcəyi gözlənilir. “Old Trafford” sökülməyəcək, ancaq klubun qadınlardan ibarət komandası və akademiyası üçün 30 min yerlik arenaya çevriləcək. Heykəllər və xatirə saatları kimi tarixi elementlər yerində qalacaq.

Xatırladaq ki, “Mançester Yunayted” hazırda Premyer Liqada 14-cü yerdədir.

Seçilən
12
fanat.az

1Mənbələr