AZ

Donald Tramp Si Cinpin ilə görüşə bilər

Bakı, TurkicWorld

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və ABŞ-nin sabiq Prezidenti Donald Trampın apreldə və ya mayda Çində görüş keçirə biləcəyi ehtimal edilir.

TurkicWorld xəbər verir ki, bu barədə South China Morning Post qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bununla belə, mənbələr görüşün dəqiq tarixinin hələlik müəyyənləşdirilmədiyini bildiriblər.

Məlumata görə, hər iki lider qarşı tərəfin birinci səfər etməsini istəyir, çünki bunu diplomatik üstünlük kimi təqdim etməyi planlaşdırırlar.

İlkin müzakirələr isə Donald Trampın Çinə səfəri ətrafında aparılıb.

Seçilən
3
1
turkic.world

3Mənbələr