AZ

Mask “X”ə hücumda Ukraynanı günahlandırdı

İlon Mask “X” sosial şəbəkəsinə kiberhücumda Ukraynanın İP ünvanlarının iştirak etdiyini iddia edib.

O, bu barədə “Fox News” müsahibəsində bildirib.

Onun sözlərinə görə, nə baş verdiyi hələ dəqiq deyil, lakin “X”i sıradan çıxarmaq üçün irimiqyaslı kiberhücum edilib və hücumda Ukraynadan olan İP ünvanları iştirak edib.

Mask hücumun mənbəyini müəyyən etmək üçün hazırda araşdırma aparıldığını qeyd edib.

Xatırladaq ki, martın 9-da Mask Ukrayna müharibəsi ilə bağlı qalmaqallı açıqlama verib. İş adamı “Starlink” rabitə sisteminin Ukrayna ordusu üçün həlledici rol oynadığını bildirərək “Starlink” Ukrayna ordusunun əsas rabitə sistemidir. Əgər onu söndürsəm, cəbhə xətti dağılacaq”, - deyib.

"Cebheinfo.az" 

Seçilən
10
4
cebheinfo.az

5Mənbələr