Azərbaycan neftinin 1 barelinin qiyməti 1,03 ABŞ dolları azalıb.
Dünya bazarında "Azeri Light" markalı neftin son satış qiyməti bəlli olub.
Operativ Media birjalara istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,03 ABŞ dolları, yaxud 1,43 % azalaraq 71,04 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 71,04 ABŞ dolları təşkil edib.