AZ

Uşaqlar ilandan oyun üçün istifadə ediblər

Avstraliyada uşaqların ilanı "ipatdı" oyunu üçün ip kimi istifadə etmələri videoya düşüb.

AzEdu.az xəbər verir ki, video "News.com.au" portalında paylaşılıb.

Məlumata görə, hadisə Vurabinda şəhərində baş verib. Yerli uşaqların gülərək küçənin ortasında tullanmaları yoldan keçən qadının diqqətini çəkib.

Qadın oğlan uşaqlarına yaxınlaşaraq onlardan əllərində nə tutduqlarını göstərmələrini istəyib. Onlar "ip"i yerə atıblar və qadın onun iri ilan olduğunu görüb. Oğlanlardan biri onu qara başlı piton adlandırıb.

Qeyd edək ki, Avstraliya qanunlarına görə, qara başlı pitonu yaralamaq 12 600 dollara qədər cərimə ilə nəticələnə bilər.

Seçilən
64
1
azedu.az

10Mənbələr