AZ

Dünya çempionatı: Azərbaycanın daha bir qadın boksçusu qələbə qazanıb

Azərbaycanın daha bir qadın boksçusu Serbiyanın Niş şəhərində keçirilən dünya çempionatına qələbə ilə başlayıb...

"Report"un məlumatına görə, Aynur Mikayılova (57 kq) 1/16 finalda Xurşid Mohammadini (Əfqanıstan) mübarizədən kənarlaşdırıb.

Boksçumuz döyüşün taleyini ilk raundda həll edib. O, rəqibinə tam üstünlüklə qalib gəlib.

Mikayılova 1/8 finalda ilk mərhələdən azad olan Esra Yıldız Kahramanla (Türkiyə) üz-üzə gələcək. Görüş martın 12-də baş tutacaq.

Qeyd edək ki, mundialın üçüncü günündə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxacaq. Daha əvvəl Zeynəb Rəhimova (54 kq) 1/8 finala yüksəlib.

Poliqon.info

 

 

Seçilən
27
9
poliqon.info

10Mənbələr